Dünyada » Obama İstanbulda namaz qıldı
ABŞ prezidenti Barak Hüseyn Obamanın kiçik qardaşı Corc Obama İstanbuldakı Sultan Əhməd Camesində namaz qılıb.

Türkiyə firmalarından birinin təmsilçiliyini alan C.Obama “Haberturk”ə şok açıqlamalar verib. O, namazda bütün müsəlman dünyası üçün dua etdiyini deyib, ailəsinin müsəlman əsilli olduğunu vurğulayıb: “4 yaşlı qızımın adı da Fatimədir”.

C.Obama “Barak Obama müsəlmandırmı?” – sualına “hazırda elə vəziyyətdədir ki, bəlkə də fərqli hərəkət edir, amma Barak Obamanın daxili müsəlmandır”, - şəklində cavab verib.

Qardaşından uzun illərdir, ayrı yaşadığını xatırladan C.Obama sabah Türkiyədən ayrılacağını deyib. O, avtomobil yağı istehsal edən “NNT” şirkətinin təmsilçiliyini alıb: “Türk mallarını Afrikada tanıtmaq, yaymaq istəyirəm. Barak Obamaya da nümunə göndərəcəyəm”.

Qeyd edək ki, C.Obama hazırda Keniyada yaşayır. LENT.AZ

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!