 
"Venesuela Fələstin vətəndaşlarına vizasız ölkəsinə gəlmək izni verib"
Venesuela dünya ölkələri arasında ilk olaraq ötən həftə müstəqilliyi BMT  tərəfindən tanınan Fələstin vətəndaşları üçün viza rejimini ləğv edib.  Bu barədə Fələstin Xarici İşlər Nazirliyindən bildirilib, - "Deyerler" “RİA  Novosti”yə istinadən məlumat verir.
Karakasda Venesuela rəsmiləri ilə Fələstin rəsmilərinin  görüşü zamanı viza rejiminin ləğvi barədə razılaşma ilə bərabər  müxtəlif sahələri əhatə edən müqavilələr də imzalanıb. 
“Venesuela  Fələstin vətəndaşlarına vizasız ölkəsinə gəlmək izni verib. Venesuela  dünyada bu addımı atan ilk ölkədir”, - deyə Fələstin XİN-indən  bildirilib