"Venesuela Fələstin vətəndaşlarına vizasız ölkəsinə gəlmək izni verib"
Venesuela dünya ölkələri arasında ilk olaraq ötən həftə müstəqilliyi BMT tərəfindən tanınan Fələstin vətəndaşları üçün viza rejimini ləğv edib. Bu barədə Fələstin Xarici İşlər Nazirliyindən bildirilib, - "Deyerler" “RİA Novosti”yə istinadən məlumat verir.
Karakasda Venesuela rəsmiləri ilə Fələstin rəsmilərinin görüşü zamanı viza rejiminin ləğvi barədə razılaşma ilə bərabər müxtəlif sahələri əhatə edən müqavilələr də imzalanıb.
“Venesuela Fələstin vətəndaşlarına vizasız ölkəsinə gəlmək izni verib. Venesuela dünyada bu addımı atan ilk ölkədir”, - deyə Fələstin XİN-indən bildirilib