Bəhreyn Ayətullah Sistaninin vəkilinin vətəndaşlığını ləğv etdi

Ayətullah Sistani

Bəhreyn dövləti Ayətullah Hüseyn Nəcatinin vətəndaşlığını ləğv edib

İraqın dini lideri Ayətullah Seyyid Əli Sistaninin nümayəndəsi Ayətullah Hüseyn Nəcati Bəhreyn vətəndaşlığından çıxarılıb. Bu haqda məlumatı ABNA yayıb. Bundan əvvəl ABŞ-ın siyasətinə etiraz edən 250 şiə fəalı həbs edilib, onlardan 23-ü dövlət çevrilişinə cəhddə təqsirləndirilir.

Xatırladaq ki, Bəhreyn krallığının əhalisinin 70%-i şiədir.

В этом разделе