Bəhreyn dövləti Ayətullah Hüseyn Nəcatinin vətəndaşlığını ləğv edib
İraqın dini lideri Ayətullah Seyyid Əli Sistaninin nümayəndəsi Ayətullah Hüseyn Nəcati Bəhreyn vətəndaşlığından çıxarılıb. Bu haqda məlumatı ABNA yayıb. Bundan əvvəl ABŞ-ın siyasətinə etiraz edən 250 şiə fəalı həbs edilib, onlardan 23-ü dövlət çevrilişinə cəhddə təqsirləndirilir.
Xatırladaq ki, Bəhreyn krallığının əhalisinin 70%-i şiədir.