ABŞ-ın energetika nazirinin müavini Daniel Poneman Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında belə deyib.
APA-nın məlumatına görə, nazir müavini səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumovla görüş keçirdiyini deyib. Daniel Poneman bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşəcəyini bildirib.
Bakıda uğurlu danışıqlar apardığını deyən nazir müavini əsas diqqəti “Cənub” enerji dəhlizi çərçivəsində Azərbaycan qazının Qərb bazarlarına çıxarılması və Azərbaycanla Qazaxıstan neftinin xarici bazarlara çıxarılması mövzusuna yönəldildiyini deyib. O, Azərbaycan rəsmiləri ilə aparılan danışıqlarda ölkəmizdə fəaliyyət göstərən neft şirkətlərin nümayəndələrinin də iştirak etdiyini bildirib.
“Stratfor” beynəlxalq məlumat mərkəzinin “Azərbaycan İrana qarşı tətbiq olunacaq benzin embarqosunun aktiv iştirakçılarından biri ola bilər” ehtimalı ilə bağlı APA-nın sualını cavablandıran energetika nazirinin müavini qeyd edib ki, İrana qarşı BMT-nin iki sanksiyası hələ də qüvvədədir: “Azərbaycan rəsmiləri ilə İrana qarşı tətbiq olunacaq yeni sanksiyalar barədə danışıq aparmamışıq. Lakin İrandan gələn təhlükə realdır. İranın uranın zənginləşdirilməsi ilə məşğul olacaq ikinci zavoda sahib olması barədə son günlər bəyanat yayması buna sübutdur. İrana qarşı tətbiq olunacaq sanksiyaların vaxtı və konkret maddələrinin beynəlxalq vasitəçilərin bu ölkənin rəhbərliyi ilə apardığı danışıqların nəticəsindən asılı olacağını deyib.
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014