
Bakıda uğurlu danışıqlar apardığını deyən nazir müavini əsas diqqəti “Cənub” enerji dəhlizi çərçivəsində Azərbaycan qazının Qərb bazarlarına çıxarılması və Azərbaycanla Qazaxıstan neftinin xarici bazarlara çıxarılması mövzusuna yönəldildiyini deyib. O, Azərbaycan rəsmiləri ilə aparılan danışıqlarda ölkəmizdə fəaliyyət göstərən neft şirkətlərin nümayəndələrinin də iştirak etdiyini bildirib.
“Stratfor” beynəlxalq məlumat mərkəzinin “Azərbaycan İrana qarşı tətbiq olunacaq benzin embarqosunun aktiv iştirakçılarından biri ola bilər” ehtimalı ilə bağlı APA-nın sualını cavablandıran energetika nazirinin müavini qeyd edib ki, İrana qarşı BMT-nin iki sanksiyası hələ də qüvvədədir: “Azərbaycan rəsmiləri ilə İrana qarşı tətbiq olunacaq yeni sanksiyalar barədə danışıq aparmamışıq. Lakin İrandan gələn təhlükə realdır. İranın uranın zənginləşdirilməsi ilə məşğul olacaq ikinci zavoda sahib olması barədə son günlər bəyanat yayması buna sübutdur. İrana qarşı tətbiq olunacaq sanksiyaların vaxtı və konkret maddələrinin beynəlxalq vasitəçilərin bu ölkənin rəhbərliyi ilə apardığı danışıqların nəticəsindən asılı olacağını deyib.