"ABŞ İraqda müharibənin dayandırılmasına görə məsuliyyət daşıyır". Bu barədə ABŞ Prezidenti Barak Obama çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib.
ABŞ İraqda müharibənin dayandırılmasına görə məsuliyyət daşıyır. Bu barədə ABŞ Prezidenti Barak Obama çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib. Məlumatı Vesti telekanalı yayıb.
"Biz İraqın iri şəhərlərindən qoşunları çıxarırıq və ölkənin təhlükəsizliyində məsuliyyəti öz üzərlərinə götürməkdə onlara kömək edəcəyimizi bəyan etmişik, - Obama deyib. - ABŞ İraqda müharibənin dayandırılmasına görə məsuliyyət daşıyır".
Pakistan və Əfqanıstana gəlincə, Obama deyib ki, ABŞ bu ölkələrin təhlükəzlik üçün potensial yarada biləcəklərinə ümid edir.
ABŞ, onun sözlərinə görə, "əl-Qaidə" və ekstremist qruplaşmalara qarşı mübarizədə öz siyasətini davam etdirəcək.
İyunda ABŞ İraqın iri şəhərlərindən, o cümlədən Bağdaddan qoşunların çıxarılması prosesinə başlayıb. ABŞ nəzarəti İraq Milli Qüvvələrinə həvalə edib. 2003-cü ilin martından İraqda yerləşən sonuncu ABŞ ordusunun çıxarılması 2011-ci ildə başa çatmalıdır./trend.az
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014