"ABŞ İraqda müharibənin dayandırılmasına görə məsuliyyət daşıyır". Bu barədə ABŞ Prezidenti Barak Obama çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib.ABŞ İraqda müharibənin dayandırılmasına görə məsuliyyət daşıyır. Bu barədə ABŞ Prezidenti Barak Obama çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib. Məlumatı Vesti telekanalı yayıb.
"Biz İraqın iri şəhərlərindən qoşunları çıxarırıq və ölkənin təhlükəsizliyində məsuliyyəti öz üzərlərinə götürməkdə onlara kömək edəcəyimizi bəyan etmişik, - Obama deyib. - ABŞ İraqda müharibənin dayandırılmasına görə məsuliyyət daşıyır".
Pakistan və Əfqanıstana gəlincə, Obama deyib ki, ABŞ bu ölkələrin təhlükəzlik üçün potensial yarada biləcəklərinə ümid edir.
ABŞ, onun sözlərinə görə, "əl-Qaidə" və ekstremist qruplaşmalara qarşı mübarizədə öz siyasətini davam etdirəcək.
İyunda ABŞ İraqın iri şəhərlərindən, o cümlədən Bağdaddan qoşunların çıxarılması prosesinə başlayıb. ABŞ nəzarəti İraq Milli Qüvvələrinə həvalə edib. 2003-cü ilin martından İraqda yerləşən sonuncu ABŞ ordusunun çıxarılması 2011-ci ildə başa çatmalıdır./trend.az