Yəməndə sünnü-şiə qarşıdurması: ölənlər var

Yəmənin şimalında sünnülərlə şiələr arasında toqquşma başlayıb

Milli.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, toqquşmalarda ən azı 20 nəfər həlak olub, onlarla yaralı var. Həlak olanların əksəriyyəti şiələrdir.
Dünən axşam saatlarından başlanmış toqquşma hələ də davam edir.

Qeyd edək ki, Yəmənin şimalındakı Saad əyalətinə nəzarət son bir neçə ildə şiələrin əlindədir. 2011-ci ilin oktyabrından orada mütəmadi toqquşmalar qeydə alınır. Hər dəfə qarşıdurma çoxlu sayda insan tələfatı ilə nəticələnir.

В этом разделе