Yəməndə qüvvələrin nümayişçiləri atəşə tutuması nəticəsində 10 adam yaralanıb
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Aden şəhərində qüvvələrin etirazçılara qarşı ağır silahlardan istifadə etdiyi bildirilir. Zorakılıqlar Körfəz Əməkdaşlıq Şurasının prezidentin istefası və siyasi böhrana son qoyulması razılığının yekunlaşdırılması məqsədi ilə o ölkəyə səfər etdiyi vaxta təsadüf edir. Yəmənin dövlət xəbər agentliyinin bildirdiyinə görə, şuranın baş katibi Əbdüllətiv Əl-Zəyani Yəmən rəsmiləri və müxalifətini Səudiyyə Ərəbistanında bazar ertəsi günü təşkil edələcək imzalama mərasiminə dəvət etməlidir. Körfəz Əməkdaşlıq Şurasının 6 üzvünün təşəbbüsü ilə əldə dilən razılığa görə prezident Əli Abdulla Saleh 30 gün ərzində istefa verməlidir.