Ümran şəhərində Husilərlə ordu arasında döyüşlər başlaya bilər.
İslamazeri.az-ın "Dunyabulteni"-nə istinadən verdiyi xəbərə görə, Yəməndə minlərlə Husi Ümran şəhərinin girişini bağlayaraq qərargah qurublar.
Buna səbəb Yəmən ordusu ilə Husilər arasında çıxan qarşıdurmalarda 8-i Husi olmaqla 12 nəfərin ölməsi olub.
Husilər Yəmən İslahatçı partiyasının Ümrandakı icra başçısı və hərbi komandanının dəyişdirilməsini tələb edirlər. Onlar prezident Abdurabbih Mənsurun bu barədə verdiyi vədəyə əməl etməsini istəyirlər.
Husilər və Yəmən ordusunun döyüşə hazırlaşdıqları bildirilib. Həmçinin böhranın həll edilməsi üçün Ümrana vasitəçilər göndərilib.
Qeyd edək ki, Sada şəhəri də Husilərin nəzarətindədir.