Yəmən prezidenti geri addım atdı

1978-ci ildən ölkəni idarə edən Əli Abdulla Saleh hakimiyyətdən getməyə hazırlaşdığını deyib

Misirdə etirazçılar hələ ki, prezident Hüsnü Mübarəki hakimiyyətdən uzaqlaşdırmağa nail ola bilməsə də, Yəməndə etiraz aksiyaları öz təsirini göstərib. ANS PRESS-in məlumatına görə elə ki, 1978-ci ildən ölkəni idarə edən Əli Abdulla Saleh, hakimiyyətdən getməyə hazırlaşdığını bəyan edib. Parlamentdə çıxışında Saleh 2013-cü il prezident seçkisində namizədliyini irəli sürməyəcəyini və əleyhdarlarının iddia etdiyi kimi, öz oğlunun hakimiyyətə gəlməsini dəstəkləməyəcəyini bildirib.

Əli Abdulla Saleh ona ömürlük prezident olmaq səlahiyyəti verən konstitusiyaya düzəlişin müzakirəsi zamanı bu cür bəyanatla çıxış edib və ömürlük hakimiyyətin əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, Tunis çevrilişinin və Misir nümayişlərinin təsiri ilə etirazlara başlayan Yəmən müxalifəti bu gün ölkə prezidentinin istefası tələbi ilə növbəti kütləvi nümayiş keçirməyi planlaşdırıb.

В этом разделе