Yağış Məkkəyə ölüm gətirdi

Sel suları altı nəfərlik ailənin ölümünə səbəb olub

Müsəlmanların müqəddəs şəhəri, Səudiyyə Ərəbistanında yerləşən Məkkə şəhərinə güclü yağış yağıb. Yağışlar şəhərdəki dayaq divarlarından birinin dağılmasına səbəb olub. Nəticədə divar yaşayış evinin üstünə düşüb və altı nəfərlik ailə ölüb.

Məkkədə güclü yağışların kəsməsinə baxmayaraq onun fəsadları hələ də tam aradan qaldırılmayıb. Sürüşmələr nəticəsində bir necə əsas magistral yol bağlanıb. Sel suları altında qalan avtomobillərdən xilas edilənlərin sayı 59 nəfərə çatıb.

Qeyd edək ki, Məkkədə şimşək və küləklə müşahidə edilən güclü yağışlar şənbə günü başlayıb və 4 saata yaxın davam edib. Bəzi küçələrdə yağış sularının hündürlüyü yarım metrdən artıq olub. Nəqliyyatın hərəkəti iflic olub. Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda yağışın fəsadları aradan qaldırılır. Ancaq yerli meteorologiya xidməti yaxın günlərdə güclü yağışların təkrarlana biləcəyi barədə xəbərdarlıq edib. /anspress/

В этом разделе