Xanım Zeynəbin (s.ə) ziyarətgahını partlatmaq istəyənlər yaxalandı

"Azad Suriya Təşkilatı"na bağlı olan qrup darmadağın edildi.

Suriyada anti-terror əməliyyatları davam edir.

İslamazeri.az internet qəzetinin "Sana" agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya hüquq-mühafizə orqanları Şamda Xanım Zeynəbin (s.ə) ziyarətgahını partlatmaq istəyən bir qrup terrorçunu zərərsizləşdirməsi haqqında açıqlama yayıb.

Açıqlamaya görə,ziyarətgaha hücuma hazırlaşan onlarla terrorçu öldürülüb və bir neçə terrorçu isə yaralı olaraq ələ keçirilib.

Suriya hüquq-mühafizə orqanlarının açıqlamasına görə, ölkə boyu anti-terror əməliyyatları davam edir və bu əməliyyat çərçivəsində 200 terrorçu zərərsizləşdirilib.

В этом разделе