Xalid əl-Məşəl yenidən Fələstinin HƏMAS təşkilatının rəhbəri seçilib

Məşəl istefa etdikdən sonra bir daha keçmiş postuna namizəd olmayacağını bildirmişdi

SalamNews–un “alhayat.com”a istinadla verdiyi xəbərə görə, bir il ərzində təşkilat daxilində siyasi büro rəhbərinin seçilməsi ilə bağlı işlər görülüb.

Mənbənin məlumatında bildirilir ki, həmin vəzifəyə HƏMAS-ın siyasi bürosunun namizəd göstərilən 15 üzvü arasında Qəzza hakimiyyətinin baş naziri İsmail Həniyyə də olub.

Bildirək ki, HƏMAS-ın siyasi bürosunun hazırki rəhbəri Xalid əl-Məşəl ötən il növbəti seçkilərdə namizəd olmayacağını bildirsə də, bu il yenidən bu vəzifəyə seçilib.

Bundan əvvəl, ekspertlər HƏMAS rəhbərliyinə namizəd Musa Əbu-Mərzuqun daha çox seçilmək şansı olduğunu bildiriblər.

В этом разделе