Vəhhabi müftisinin beli sındı

Islamazeri.az-ın «Didehbanews» saytına istinadən verdiyi xəbərə əsasən, Həzrət Zəhranın (ə) şəhadət günündə Əhli beyt (ə) düşməni xəsarət alıb.

Ərəb mənbəsinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Ali Şeyx, Xanım Zəhranın (ə) şəhadəti günü yıxılaraq beli sınıb. Əhli-Beyt (ə) və onların tərəfdarları ilə daima düşmənçilik edən bu şeyx xəstəxanaya köçürülüb.

Vəhhabiyyətin banisi olan Muhəmməd bin Abdul-vəhhabın nəslindən olan şeyx Əbdul-əziz, məşhur vəhhabi alimi Bin Bazdan sonra onun vəzifəsini davam etdirir.

Şeyxə yaxın olan mənbələrin bildirdiyinə əsasən, şeyxin vəziyyəti nəzarət altındadır.

Qeyd edək ki, vəhhabi şeyxi moizələrində davamlı olaraq Yezidin haqlı, İmam Hüseynin (ə) isə haqsız olduğunu insanlara çatdırıb.

В этом разделе