Vahhabi alimi Şeyx Saadi əl-Bureyk çıxış etdiyi "əl-Dəlil" telekanalının "Səfər" televiziya proqramında naməhrəm bir qadının sinəsini dua etməsi barədə söhbət edib.
ahlibeyt.az saytının xəbərinə əsasən o deyib: "Mənə çox adam onları dua etməsi üçün müraciət edir. Əsasən də xəstələr onları dua etməyimi istəyirlər. Bir gün təyyarə ilə Mədinədən ər-Riyada uçurdum ki, bir kişi mənə yaxınlaşdı və məndən onu dua etməmi istədi. O bildirdi ki, mədəsi bərk ağrıyır. Mən ondan köynəyinin düymələrini açmasını istədim ki, mədəsinə baxıb dua edim.
Duanı təzə qurtarmışdım ki, bu səhnəni görən bir xanım mənə yaxınlaşıb köynəyinin düyməsini açaraq mənə dedi ki, sinəm ağrıyır dua et. Mən tez üzümü onun sinəsindən çevirdim. Həmin xanım mənə dedi ki, ya şeyx, mənim o kişidən fərqim nədir ki, axı mən də xəstəyəm? Mən dedim ki, razılaşaram amma bir şərtlə ki, gərək sənin yanında başqa bir qadın da olsun. Çünki camaatın ağlına pis fikir gələr. O qəbul etdi və mən də onu dua etdim".
P.S Məşədi İbad demişkən Tarixi-Nadiri yarıya qədər oxumuşam amma bu şeyxin nə demək istədiyini başa düşə bilmədim. Görəsən xəstənin ağrıyan əzasını dua etmək üçün mütləq gərək həmin əzaya baxasan? Heyvanına şükür İlahi.