Səudiyyə Ərəbistanının nüfuzlu ruhanilərindən olan Saleh əl-Fauzanın verdiyi fətvada bildirilir ki, ata qızını kiçik yaşlarında, hətta beşikdə yatan zaman ərə verə bilər.
Milli.Az xəbər portalının "İnterfaks-Reliqiya"ya istinadən verdiyi məlumata görə, ruhani fətvasını yerli hökumətə mesaj olaraq açıqlayıb.
Məsələ ondadır ki, hazırda Səudiyyə Ərəbistanı hökuməti uşaqların nikaha girməsini qadağan edəcək qanun layihəsi üzərində işləyir. Ölkənin Ədliyyə Nazirliyi hüquq müdafiəçiləri və beynəlxalq ictimaiyyətin uzun-uzadı təzyiqindən sonra qızların nikaha girə biləcəyi minimum yaş həddini müəyyənləşdirməyə çalışır.