Türkiyədən İsrailə daha bir sərt mesaj

Türkiyənin xarici işlər nazirliyi, İsrailin işğal altındakı Fələstin torpaqlarında yeni məskunlaşma yerlərinin tikilməsini qınayıb

"İslamazeri"-nin “habertürk”ə istinadən verdiyi xəbərə görə, nazirlikdən verilən yazılı açıqlamada bildirilir ki, “İsrailin işğal altındakı Fələstin torpaqlarında həyata keçirdiyi məskunlaşma fəaliyyətlərinə daha birini əlavə edərək, Şərqi Qüdsdə olan Silvan əyalətinin mərkəzində iş yerləri və Gilo məskunlaşmasında 130 əlavə evin tikilməsinə icazə verməsini şiddətlə qınayırıq.

"İsrailin beynəlxalq hüquqa zidd olaraq Fələstin torpaqlarında davam etdirdiyi məskunlaşma fəaliyyətlərinin qəbul edilməsinin mümkün olmadığına diqqət çəkilən açıqlamada, o da qeyd edilir ki, "Beynəlxalq ictimaiyyətin bütün çağırışlarına baxmayaraq davam etdirilən bu fəaliyyətlər tərəflər arasında danışıqların başlamasına maneə törədir. İsraili bir daha beynəlxalq hüquqdan qaynaqlanan məsuliyyətlərinə uyğun hərəkət etməyə və sülh zəminini korlayan fəaliyyətlərdən imtina etməyə çağırırıq."

В этом разделе