Türkiyədə “Müsəlmanların məsumluğu” filminə internetdə baxılmasına qadağa qoyulub

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binali Yıldırım Türkiyədəki bütün URL ünvanlarda təxribatçı "Müsəlmanların məsumluğu" filminə istinadların silinməsi barədə göstəriş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Saytların bütün məzmununa deyil, yalnız bu filmə çıxışı bağlamaq üçün nazirlik həmin resursların rəhbərləri ilə danışıqlar aparır.

Nəticədə İnternetdə bu qalmaqallı filmə çıxış əhəmiyyətli dərəcədə azalacaq.

Türkiyədəki YouTube & Google Inc. şirkətlərinin vəkil ofislərinə həmin yazıların silinməsi barədə tələb göndərilib. Lakin bu tələb yerinə yetirilməyib. Bu səbəbdən Türkiyə hakimiyyəti "YouTube & Google Inc" barəsində məhkəmə araşdırmalarına başlayıb.

В этом разделе