Türkiyədə ardarda iki partlayış baş verib: 8 nəfər ölüb, 65 nəfər yaralanıb

Türkiyənin Qaziantep bölgəsində baş verdiyi partlayışda 8 nəfər ölüb, 50 nəfərdən artıq yaralanıb

Türkiyədə iki partlayış baş verib: 8 nəfər ölüb, 65 nəfər yaralanıb. APA-nın TRT-yə istinadən verdiyi məlumata görə, şəhərin Yuxarı Bayır Məhəlləsində baş verib. Məlumata görə, bu partlayışda da ölən və yaralananlar var. 

Məlumata görə, terrorçular şəhər polis idarəsinin yanındakı dayanacaqda saxlanılmış avtomobildə patlayıcı maddələri uzaqdan komandayla idarə edərək, partlayış törədiblər. 

Partlayış nəticəsində dayanacaqdakı iki sərnişin avtobusu alovlanıb, ətrafdakı maşınlar zədələnib, ev və iş yerlərinin pəncərələri qırılıb. Aralarında polislərin də olduğu çoxlu sayda şəxs yaralanıb. 

Məlumata görə, partlayışı PKK terrorçuları törədib. 

Polis terrorçuların yaxalanması üçün əməliyyata başlayıb. 

Qaziantep valisi Ərdal Ata partlayışın bomba yüklü maşının uzaqdan idarə edilən komanda ilə partladılması nəticəsində baş verdiyinin təsdiqləndiyini deyib.

В этом разделе