Türkiyə prezidentinin səlahiyyət müddəti müəyyən olub

Türkiyə prezidenti Abdulla Gülün səlahiyyət müddəti müəyyən olub

APA-nın hurriyet.com.tr saytına istinadən verdiyi xəbərə görə Türkiyə parlamentin komissiyası bu ölkənin Konstitusiyasına prezident Abdulla Gülün səlahiyyət müddətini 7 il olduğuna dair qərar verib.
Konstitusiyanın müvafiq maddəsinə “prezidentinin səlahiyyət müddəti 7 ildir” ifadəsi əlavə olunub.
AKP partiyasından olan İstanbul millət vəkili Mustafa Şentopun başçılığı ilə keçirilən komissiyanın iclasında bu düzəlişin müvəqqəti maddə şəklində Konsitutsiyaya daxil edildiyi bildirilib. İclasdan sonra Şentop jurnalistlərə verdiyi açıqlamada deyib ki, hazırkı prezidentin səlahiyyət müddəti 7 il olacaq. Ümumilikdə prezidentin səlahiyyətinə dair 3 maddə var. Qəbul olunan əlavə istisna xarakter daşıyır. 2007-ci ildə keçirilən referendumdan əvvəl prezident parlament tərəfindən 7 il müddətinə, yalnız bir müddətə seçilirdi. Referendumda qəbul olunan dəyişiklərə əsəsən Türkiyədə prezident ümumxalq səsvermə yolu ilə 5 il müddətinə seçilir və bir şəxs iki dəfə seçilmək hüququna malikdir. Bununla bağlı referendumdan əvvəlki qanun əsasınsa seçilən Abdulla Gülün səlahiyyət müddətinə müəyyən aydınlıq gətirmək lazım idi.
Bir jurnalistin "Mövcud prezident bir daha namizəd ola biləcəkmi?" sualına Şentop deyib, “Xeyr olmayacaq”.
Qeyd edək ki, Abdulla Gül 2007-ci ilin avqustun 28 Türkiyə parlamenti tərəfindən prezident seçilib. Onun prezidentlik fəaliyyətinin müddəti 2014 ildə bitir.

В этом разделе