Türkiyə İsraildən sonra İraqdan da üzrxahlıq gözləyir

Türkiyənin hakim partiyası İraq baş nazirindən də üzrxahlıq gözləyir

Türkiyənin iqtidarda olan AKP sədrinin müavini Mehmet Əli Şahin son günlər baş verən aktual hadisələr, o cümlədən İsrailin ölkəsindən üzr istəməsi barədə danışıb. 313news.net-in "timeturk"ə istinadlı xəbərinə görə, Şahin bütün bunları Türkiyənin regionda çəkisinin artması ilə əlaqələndirib: "Baş nazir Təyyib Ərdoğanın çalışmaları ilə Türkiyə mühüm bir dönəmə daxil olub. Məqsəd terror qruplaşmasının silahı buraxması və sərhəddən çıxarılmasıdır. Hər kəsin sülh içərisində yaşamasını istəyirik".

AKP sədrinin müavini İsrailin üzr istəməsinə də toxunub: "3 ildir Türkiyə bunu gözləyirdi. Netanyahu baş nazirimizə zəng vuraraq üzr istədi. Lakin bunların ardı gələcəkdir. Yaxın vaxtlarda İraq baş naziri Nuri əl-Maliki də müraciət göndərəcəkdir".

В этом разделе