Əhməd Davudoğlu : “İsrailin səhv siyasətini tənqid etməyi dayandırmayacağıq”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın İsrail rejimi münasibətlərinin 1 il əvvəlki səviyyədə olması üçün 6 şərti əsas saydığını açıqlayıb.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu deyib ki, İsrail rejimi ilk növbədə sülhpərvər siyasət yürütməli, bölgə xalqlarına hörmətlə yanaşmalı, Qəzza bölgəsinin embarqosunu aradan qaldırmalıdır.
Növbəti şərtlər Şərqi Qüds və əl-Aksa məscidi ətrafında təzyiq kampaniyasına son qoyulması ilə bağlıdır.
Əhməd Davudoğlu 2008-ci ildə iki ölkə arasında yaxşı olan münasibətlərin son 1 ildə pisləşməsinin günahkarının İsrail rejimi olduğunu vurğulayıb: “ Problemin Təl-Əvivin siyasətindəki yanlışlıqlardır. İsrail rejimi ilə bağlı tənqidlər səslənən zaman bunu anti semitizm kimi dəyərləndirirlər. İndi İran nüvə proqramına görə tənqid olunursa, bu, islamofobiyamı sayılmalıdır? Türkiyəni tənqidlərinə görə suçlu kimi təqdim etməyə çalışırlar. Yanlışdır. İsrail rejiminin səhv siyasətini tənqid etməyi dayandırmayacağıq”.
Tarixdə yəhudilər nə zaman çətin duruma düşüblərsə, Türkiyə onlar üçün sığınacaq olub. /deyerler/