Türkiyə İraqdan qanunsuz neft idxalını 2 dəfə artırıb

İraq Regional Kürd Muxtariyyətindən Türkiyəyə neft ixracatı gündəlik 60 min barelə çatıb

"İslamazeri"nin "YDH"yə istinadən verdiyi xəbərə görə, İraq Regional Kürd Muxtariyyətindən Türkiyəyə neft ixracatı 2 dəfə artıb.

Məlumata görə, Kürdüstan Muxtariyyətindən Türkiyəyə neft ixracatı gündəlik 60 min barelə çatıb.

Hal-hazırda 350 neft tankeriylə daşınan neftin gündəlik 70 min barelə çatdırılması planlaşdırılır.

Türkiyə ilə regional rəhbərlik arasında çəkilən neft boru xəttiylə neftin daşınması isə 2014-cü ildən planlaşdırılır.

Qeyd edək ki, İraqın Bağdaddakı mərkəzi hökuməti, Kürdüstan Muxtariyyətinin tək tərəfli neft ixrac etməsinin qeyri-qanuni olduğunu ifadə edərək Türkiyəni müxtariyyətlə müstəqil bir dövlət əlaqəsi qurmaqla günahlandırır.

В этом разделе