Türkiyə cavab olaraq Suriya ərazisinə yenidən zərbə endirib

Türkiyənin Hatay rayonunun Hacıpaşa kəndi yaxınlığına Suriya tərəfindən atılan artilleriya mərmisinin düşməsinə cavab olaraq Türkiyə ordusu Suriya ərazisini yenidən bombalayıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Türkiyə ordusu Suriyanın atəş açdığı nöqtələrə zərbə endirib.

CNNTÜRK bildirib ki, Hatay bölgəsində düşən mərminin partlaması nəticəsində tələfat olmayıb.

Xatırladaq ki, oktyabrın 4-də Suriya silahlı qüvvələrinin Türkiyənin Şanlıurfa rayonunda 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab olaraq Türk ordusu Suriyada bir neçə nöqtəyə zərbə endirib.

Tələfatla müşayiət olmayan daha bir analoji hadisə oktyabrın 5-də baş verib.

В этом разделе