Təl-əviv İran raketləri ilə vuruldu

İsrail-Fələstin müharibəsi başladı

Türkiyə mediasının məlumatına görə, Həmasın silahlı qanadı İsrail paytaxtını İranda istehsal olunmuş “Fəcr-5” raketləri ilə atəşə tutub. Məlumatda qeyd olunur ki, İran istehsalı olan raketlər Tehranın Sudanda qurduğu zavodlarda istehsal olunub və ordan Qəzzaya gətirilən “Fəcr-5” raketləri 70 kilometr məsafəni vura bilir. Bəzi məlumatlarda Qəzzadan İsrailə 120-ə yaxın müxtəlif tipli raket atıldığı bildirilirdi. İsrailin yaxşı qorunan paytaxtına hava zərbələrinin endirilməsi yəhudilər arasında qorxu yaradıb, bir çox sakinlərin artıq evlərini tərk etdiyi ilə bağlı xəbərlər yayılıb.  /Yeni Müsavat/

В этом разделе