Suriyalılar Türkiyəyə qaçır

Suriyanın şimal-qərb vilayətində ölümcül atışmadan sonra terrorist qruplaşmanın Turkiyəyə qaçdığı bildirilib.

İslam-Azeri.az İnternet Qəzetinin PressTV-yə istinadən verdiyi məlumata görə, Həmçinin yüzlərlə dinc sakin də Suriyadakı zorakılıqdan canını qurtarmaq üçün Türkiyəyə qaçıb. 

Rəsmi Ankara sığınacaq axtaranlar üçün sərhəd qapılarının açıq olduğunu elan edib.

Silahlı qrupların bazar ertəsi günü polis və təhlükəsizlik stansiyalarına hücumu zamanı ən az 120 Suriya əsgərinin öldürüldüyü və 200-ə yaxın əsgərin isə toqquşmalarda yaralandığı bəyan edilib.

Rəsmilərin bildirdiyinə görə terroristlər dinc əhalidən qalxan kimi istifadə etdiklərindən onlarla dinc sakin ölüb, həmçinin yaralananlar da var.

Müxalifət bu qanlı toqquşmalarda təhlükəsizlik qüvvələrini günahlandırsa da , hökumət bu ölümcül zorakılıq üçün təyin olunmuş silahlı dəstələrin xaricdən sifarişli olduğunu düşünür.

 

В этом разделе