Dünyaca məşhur jurnalist Seymour M. Herş, "London Review of Books" saytında yayımlanan "The Red Line and the Rat Line" başlıqlı məqaləsində dünyanı sarsıdacaq iddia ilə çıxış edib.
Etatist.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Herş, məqaləsində, ABŞ-lı kəşfiyyatçıya istinadə edərək Suriyadakı kimyəvi hücumun ardında Ərdoğan hökumətinin olduğunu irəli sürüb.
Qeyd edək ki, ötən ilin avqust ayında Suriyanın paytaxtı Şam şəhərinin Quta bölgəsində kiyəvi hücum nəticəsində əksəriyyəti mülki əhali olmaqla çox sayda insan həyatını itirmişdi. Başda Türkiyənin hakimiyyətyönümlü qəzetləri olmaqla, dünya mətbuatı kimyəvi hücumun Bəşər Əsəd tərəfindən edildiyini iddia etmiş, bundan sonra isə ABŞ, Frasa, İngiltərə Suriyaya müdaxiləyə hazırlaşmışdılar. Daha sonra Obama başda olmaqla, bütün ölkələr hərbi müdaxilədən boyun qaçırdılar. Daha sonra isə Rusiya araya girdi və hərbi müdaxilə məsələsi gündəmdən qalxdı. Rusiya kəşfiyyatının apardığı araşdırmalara görə Əsəd kiyəvi silahdan istifadə etməyib.
Herş yazır: "İngilis kəşfiyyatı qırğında istifadə olunan qazı yoxladıqdan sonra, bunun Suriyakı kimyəvi silahlarla uyğun olmadığı aydınlaşıb. Pentaqonda şübhələr oyadan bu araşdırma, ABŞ-ın hərbi müdaxilədən çəkilməsinin əsas səbəbi idi".
Herşə məlumat verən amerikalı kəşfiyyatçı, Türkiyə hökumətində yer alan bəzi vəzifəli şəxslərin Suriyaya kimyəvi hücum edərək, Obamanı Əsədə qarşı hərəkətə keçirməyi planladıqlarını bildirib.
"ABŞ hökumətinin əlində AKP-nin Əl Qaidə ilə kimyəvi silah əməkdaşlığı haqqında hesabatlar var. Amerikan kəşfiyyatı Əl Nüsranın da əlində kimyəvi silah olduğuna dair hesabatlar hazırlayıb"- Herş məqaləsində belə yazır.
Beləliklə, məqaləyə görə Ərdoğan hökumətinin Əl Nüsra və Əl Qaidə kimi terror təşkilatlarına kimyəvi silah satması Qərb kəşfiyyatını həyəcanda saxlayır.
Onu da bildirək ki, Herş ABŞ-da dünyaya gələn, məşhur araşdırmaçı-jurnalistdir. Bir çox beynəlxalq mükafatlara layiq görülmüş jurnalist, ABŞ əsgərlərinin İraqdakı işgəncələrini ifşa edən şəxsdir.