Suriyada vəhabilər Xanım Səkinənin(s.ə) məzarına hücum edib

Xebername.az İnternet qəzeti Rasthaber.com-a istinadən xəbər verir ki, Suriyada terroristlər bölgəni ələ keçirmək üçün Hz. Əlinin(ə) qızı Hz Sakinənin(s.ə) məzarına hücum edib.

Hz.Sakinenin(s.ə) hərəminə girib bəzi yerlərini dağıdan terroristlər, Suriya əsgərinin cavab verməsiylə çarəni qaçmaqda tapıblar. Hz. Sakinənin(s.ə) hərəminin xidmətçisi Əli Əhməd belə deyib: 35 silahlı terrorist hərəmə girdi və mühasirəyə alaraq hərəmi dağıtmaq istədilər.

Qeyd edək ki, terrorist vəhabilər dəfələrlə Hz. Zeynəb (s.ə) və Hz. Rüqəyyənin (s.ə) Hərəminə hücum etməklə hökuməti təhdid etmişdilər. Terroristlərin hücum etdikləri mübarək məkanlardan biri də Hələbin Əl-Məşhəd bölgəsində olan İmam Hüseynin oğlu  Hz.Möhsinin məzarıdır. Məzarın bəzi qisimləri dağıdılıb və qübbəsi güllələnib.

В этом разделе