Suriyada tank dəhşəti

Suriyada tank ordu birlikləri bu səhər erkən saatlarda Hama şəhərinə girdi.

313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata əsasən şəhər sakinlərindən bir həkimin verdiyi məlumata görə, Fares əl Naim adlı adam, şəhərin şimalında tank atəşi açılması nəticəsində öldü. Həkim, ''Tanklar dörd yandan hücum edir. Ağır maşınlarla təsadüfi atəş açırlar və xalqın qurduğu barrikadaları keçirlər'' dedi. Həkimin Reuters ilə telefonla danışdığı sırada geridən silah səsləri eşidildiyi bildirildi.

Çox sayda ölü və yaralı olduğu, yaralıların Bədr Xəstəxanasına qaldırıldığı, qan çatışmamazlığı yarandığı qeyd edildi.

Təxminən bir aydır şəhər ətrafında olan tanklar, Bəşər Əsəd rəhbərliyinə qarşı edilən ən böyük nümayişlərdən biri olduğu ifadə edilən etirazların ardından şəhərə girdi.

В этом разделе