Suriyada ordu və müxalifət arasında baş verən toqquşmalarda 20 nəfər həlak olub

Suriyanın nizami ordusunun müxalifət tərəfinə keçən silahlı birləşmələri ilə Xoms şəhərində baş verən toqquşmalar zamanı Bəşər Əsəd rejiminə sadiq qalan 20 nəfər həlak olub

SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, daha 53 nəfər yaralanıb. Onlar qospitallara yerləşdiriliblər.

Eyni zamanda qarşıdurma zamanı 10-a yaxın mülki şəxs də qətlə yetirilib.

Daha öncə Xoms və Xama şəhərlərindəki toqquşmalar zamanı 40 nəfər həlak olmuşdu.

Xatırladaq ki, son 7 ay ərzində Suriyada hökümət əleyhinə çıxışlar səngimək bilmir.

В этом разделе