Suriya XİN rəhbəri Qərbi “terroru dəstəkləməkdə” günahlandırıb

Suriyanın xarici işlər naziri Vəlid Muallim aralarında Türkiyənin də olduğu bəzi ölkələri müxalifətə silah və maddi vəsait göndərməkdə günahlandırıb.

SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, BMT-nin Baş Assambleyasında çıxış edən Vəlid Muallim ABŞ, Fransa, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni “terroru dəstəkləməkdə” ittiham edib.

O, ikitərəfli görüş keçirən BMT Baş katibi Ban Gi Mun ölkədə davam edən hadisələrə görə Dəməşq rəhbərliyini tənqid atəşinə tutub.

В этом разделе