Suriya XİN-i: "Ərdoğan hökuməti düşmən rəftarı sərgiləyir"

Suriya dövləti Türkiyədən narazıdır

Suriya xarici işlər naziri Vəlid əl-Müəllim Misir paytaxtı Qahirədə toplanan Ərəb Liqası Xarici İşlər Nazirləri Komissiyasının Suriyadakı böhrana dair verdiyi qərarları qiymətləndirmək məqsədiylə mətbuat konfransı təşkil edib- "Deyerler" Türkiyə mətbuatına istinadən xəbər verir.

Müəllim Ərəb Liqasının verdiyi qərarları qəti bir dillə rədd etdiklərini ifadə edərək, mövzunu daxili işlərə müdaxilə kimi qiymətləndirib. O, xüsusilə Türkiyənin yanaşma tərzi ilə əlaqədar olaraq soruşulan bir suala cavab olaraq deyib: "Ərdoğan hökuməti Suriyaya düşmən kimi bir yanaşma sərgiləyir".

В этом разделе