Suriya üsyançıları şiə məscidini yandırdı

Üsyançıların terroru sərhəd tanımır

“Reuters” agentliyinin yaydığı xəbərdə deyilir ki, Suriyadakı sünni üsyançılar ölkənin cənubundakı şiə məsçidinə od vurub yandırıblar. Və bütün bu proses İnernetə yerləşdirilmiş videoda açıq nümayiş etdirilib.

Agentlik bildirir ki, bu video bir daha göstərir ki, Suriyadakı qarşıdurma həm də təriqətlərarası savaş hesab oluna bilər.

Sünnilərə məxsus saqqalda olan onlarla silahlı  məsçidi yandırdıqdan sonra bir-birlərini təbrik ediblər,qucaqlaşıb öpüşüblər. Şiələrə məxsus “Hüseyiniyyə” məsçidi isə bu atəşfəşanlığın içində od işində qalıb. Üsyançılar həm də şiələrə məxsus bayraqları da yandırıblər.

Məsciddə soyğunçuluq törətmiş silahlılar şiələrə məxsus Allah evini dağıtmaqla kifayətlənməyiblər,həm də şiələr əleyhinə təhqiramiz ifadələr işlədiblər.

Agentlik bildir ki, “Peuters” olaraq onlar bu vedeonun harada çəkildiyini dəqiqləşdirə bilməyib. Amma çərşənbə günü YouTube-da yerləşdirlmiş vedeonun Suriyanın çənubundakı Yasir əl-Şükür şəhərində çəkildiyi iddia olunur. /Yeni Müsavat/

В этом разделе