Suriya terrorçuları Dəməşq universitetinə hücum edib

Suriyanın paytaxtı Dəməşqdə universitet minaatanlardan atəşə tutulub, nəticədə 12 nəfər həlak olub

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Suriya dövlət televiziyası xəbər verib.

Telekanalın məlumatına görə, bir neçə mərmi tələbə kafesinə tuş gəlib. Yayılmış videoçarxlarda universitetin sınmış pəncərələri, yerdə isə qan gölməçələri əks olunub.

Dövlət KİV-lərinin məlumatına görə, "Azad Suriya Ordusu"ndan olan terrorçular yeni silah-sursat  əldə etdikdən sonra Suriya paytaxtında döyüşləri fəallaşdırıb. Hal-hazırda Dəməşqin şimal-şərqində terrorçularla hökumət qüvvələri arasında qızğın döyüşlər davam edir.

В этом разделе