Suriya Rusiyanın kimyəvi silah təhvili çağırışına müsbət cavab verib

"313news"-ın "Yeni Şərq"ə istinadən verdiyi xəbərə görə "BBC" bildirir ki;  Moskvada səfərdə olan Suriyanın Xarici İşlər naziri Valid Muallem rəsmi Dəməşqin Kremlin Suriya kimyəvi silahının beynəlxalq nəzarət altına verilməsi təşəbbüsünü alqışlayıb.

Moskvada səfərdə olan Suriyanın Xarici İşlər naziri Walid Muallem rəsmi Dəməşqin Kremlin Suriya kimyəvi silahının beynəlxalq nəzarət altına verilməsi təşəbbüsünü alqışlayıb.

Rusiya mediasına əsasən, Muallem Rusiya XİN başçısı Sergey Lavrovun təşəbbüsünün ölkəsi tərəfindən qəbul edildiyini bəyan edib.

Moskvanın irəli sürdüyü təşəbbüs BMT Baş katibi Ban Ki-moon tərəfindən də dəstəklənib.

Bundan əvvəl Rusiya Suriyanı ABŞ hərbi hücumundan qurtulmaq üçün kimyəvi silah ehtiyatını "beynəlxalq nəzarət altına" köçürməyə və yekunda onları məhv etməyə çağırmışdır.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu təklifi Suriyalı həmkarı ilə danışıqlar zamanı səsləndirmişdir və Dəməşqdən tez bir zamanda cavab alacağına ümid etdiyini bildirmişdir..

Suriya Prezidenti Bəşər əl-Əsəd kimyəvi silahdan istifadə etməsini inkar edib.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü ABŞ-ın Rusiyanın və Suriyanın təşəbbüsünün nəticə verəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Vaşinqtonda bu təşəbbüsün vaxt qazanmaq məqsədilə edildiyi güman olunur.

В этом разделе