Suriya rəhbərliyi səssiz qaldı

Ərəb Liqasının verdiyi müddət başa çatsa da, Bəşər Əsəd hökuməti protokol imzalamadı

Ötən gün Suriyada cümə namazından sonra ölkənin dörd-bir yanında hökumət əleyhinə nümayişlər keçirilib. Nümayişlər zamanı 1-i uşaq olmaqla, 6 nəfərin öldürüldüyü bildirilir. Prezident Bəşər Əsəd əleyhinə nümayişlər Hama, Xoms, Dəra, Qamışlı, İdlib və paytaxt Dəməşqdə baş tutub. Bəzi bölgələrdə təhlükəsizlik qüvvələrinin nümayişçilərə odlu silahdan atəş açdığı bildirilib. Suriya rəhbərliyi isə nümayişlərdə ən son 6-sı pilot olmaqla, 10 hərbçinin öldürüldüyünü də bəyan edib- "anspress" "İxlas" xəbər agentliyinə istinadən xəbər verir.

Bu arada, Suriya ordusundan ayrılan hərbçilərin yaratdığı "Azad Suriya Ordusu"nun lideri Riyad əl-Əsad hökumətin istefası üçün Suriyanın strateji nöqtələrinə avia-zərbələrin endirilməsini istəyib.

Digər tərəfdən isə Ərəb Ölkələri Liqasının Suriya rəhbərliyinə verdiyi 1-günlük müddət başa çatıb. Suriya rəhbərliyi ölkəsinə beynəlxalq müşahidəçilərin gəlməsinə icazə verən protokolun imzalanması üçün verilmiş vaxtdan istifadə etməyib. Bəşər Əsəd hökuməti nə protokolu imzalayıb, nə də Ərəb Liqasının ultimatumuna bir reaksiya verib.

В этом разделе