Suriya Qətərdə "dostları" tərəfindən necə satıldı?

Suriyalı müxalifətin Qətərdə "Amerikan layihəsi" üzərində 3-11 noyabr tarixlərdə apardıqları danışıqlar və imzalanmış sənədlərdəki təfərrüatlar mediada üşıq üzü görüb

"İslamazeri"nin YDH-ə  istinadən verdiyi xəbərə görə, ABŞ, Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmrliklərinin iştirakı ilə keçirilən görüşün təfərrüatlarını Kuveyt "Ümmət" partiyasının baş katibliyinin üzvü Fəysal Əl Həmd tivtter səhifəsində bu barədə "bu razılaşma təkcə Suriyaya qarşı deyil, ümmətə xəyanətdir" başlığı ilə yayımlayıb.

"Bu layihəyə Suriyadan bəzi zabitlərin iştirakı ilə ABŞ və Avropadan da gəlmiş zabitlər bir plan təklif ediblər. General Mustafa Şeyx və Polkovnik Qasim Sədrəddin Suriya ordusundan bu planın hazırlanmasında iştirak ediblər. Mən əvvəlcədən də demişdim ki, Körfəz ölkələri Suriyadakı mücahidləri dəstəkləmir, onlar İraqda ABŞ maaşları ilə qurulan Oyanış Şuralarını təşkil etmək üçün çalışır" deyən Fəysal Əl Həmd Suriya Milli Koalisiyasını "amerikan layihəsi" adlandırıb. O həmçinin gizli razılaşmanın bəndlərini açıqlayıb.

Bu görüşdə Türkiyə Xarici işlər Naziri, Qətər Xarici işlər Naziri, Birləşmiş Ərəb Əmrliklərinin Xarici işlər Naziri, ABŞ-ın Suriyadakı Səfiri, Milli Şura nümayəndəsi və İxvanül - Müslimin təşkilatının lideri Riyad Şəqfənin köməkçisi imzalayıb.

Razılaşmanın maddələri bunlardır:

1- Suriya Ərəb Respublikasının ordusunun sayı 50 minə salınacaq və ordu müdafiə etmə ordusuna çevriləcək,

2- Suriya Golandan yalnız siyasi yollarla haqq tələb edə bilər. İsraillə Suriya arasındakı barış görüşmələri, Amerika və Qətərin əliylə reallaşdırılacaq,

3- Amerikanın nəzarətilə Suriyadakı kimyəvi və bioloji silahlar və bütün mərmilər İordaniyaya nəql ediləcək,

4- Suriya, İskəndərun vilayəti (Hatay) haqqından imtina edəcək və Hələb ilə İdlip şəhərlərindəki bəzi Türk kəndlərini, Türkiyəyə verəcək,

5- PKK-nın bütün mənsubları Suriyadan çıxarılacaq, hər bir PKK-lı həbs ediləcək, PKK terror təşkilatı siyahısına salınacaq,

6- Rus və Çin şirkətləriylə indiyə qədər imzalanan bütün silah və yeraltı sərvətlərinin araşdırılması razılaşmaları ləğv ediləcək,

7- Qətərin təbii qaz boru xəttlərinin, Suriya və Türkiyə üzərindən AB ölkələrinə köçürməsinə icazə veriləcək,

8- Türkiyənin Atatürk adına su anbarından su boru xəttləriylə Suriya üzərindən İsrailə su çatdırmasına icazə veriləcək,

9- Döyüş vaxtı Suriyada dağılmaya məruz qalan binalar, Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən abadlaşacaq. Qətər, BƏƏ və Amerika hər cür tikinti və bu sahənin imtiyazına sahib olacaq,

10- İran, Rusiya və Çinlə əlaqələr məhdudlaşdırılacaq, Fələstin müqavimət hərəkatı ilə əlaqələr kəsiləcək,

11- Suriyada yeni qurulacaq hökümət Liberal İslam əsaslarına uyğun olacaq,

12- Bu razılaşma, Suriya müxalifətinin hakimiyyətə gəlməsilə qüvvəyə minəcək.

В этом разделе