Suriya müxalifəti müttəfiqlərinə yardım üçün yalvarır

"Bəşər Əsədə zərbə endirin!"

Suriya Müxalifəti və İnqilabi Qüvvələrin Milli Koalisiyası “Suriyanın dostları” qrupuna daxil olan dövlətlərdən prezident Bəşər Əsədə sadiq hökumət ordusunun obyektlərinə zərbələr endirməyi xahiş edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müxalifətin bəyanatında “Bəşər Əsədi kimyəvi silah və ballistik raketlərdən istifadə imkanlarından məhrum etmək üçün pilotsuz təyyarələrin vasitəsi ilə obyektlərə dəqiq zərbələrin endirilməsi istiqamətində konkret və təcili tədbirlərin görülməsi” tələbi irəli sürülüb.

Bundan başqa müxalifətçilər “Suriyanın dostları”ndan ölkənin şimal və cənub sərhədlərində uçuşdan azad zona yaradılmasını xahiş edirlər. Əsədin əleyhdarları hesab edirlər ki, bu tədbirlər aviazərbələrin qarşısını alacaq və yüz minlərlə suriyalı qaçqınların evlərinə dönməsini təmin edəcək.

В этом разделе