Suriya İnformasiya nazirindən şok açıqlama!

313news.net-in Türkiyənin A Haber televiziyasına istinadən verdiyi xəbərə görə, canlı yayıma qoşulan Suriya İnformasiya naziri Omran əl-Zubi "Bildiyiniz kimi, bölgədə İsrail kimi bir siyanist ölkə var. Türk təyyarələri ilə İsrail təyyarələri bir-birlərinə çox oxşayır. İsrail təyyarəsi Suriya ərazisinə daxil olarsa atəşlə qarşılaşar. Vurulan təyyarə İsrail təyyarəsi ilə səhv salınmış ola bilər. Biz türk təyyarəsini vurmaq niyyətində olmamışıq ." - deyib.

Daha sonra nazir iki pilotla bağlı heç bir məlumatlarının olmadığını, Suriyanın qətiyyən bir türk təyyarəsini vurmaq istəmədiyini, Türk xalqınını qardaş və dost xalq olduğunu xüsusilə qeyd etmişdir.

Nazir sözlərinə belə davam edib: "Suriya qətiyyən qəsdli bir şəkildə Türkiyəni hədəfə almamışdır. Heç bir zaman da bu məntiqlə məsələyə yanaşılmamışdır."

Həmçinin deyib: "Bildiyiniz kimi, bölgədə İsrail kimi bir sionist ölkə var. Türk və İsrail təyyarələri Amerika istehsalı olduqları üçün bir-birlərinə çox oxşayır.  Vurulan təyyarə İsrail təyyarəsi ilə səhv salınmış ola bilər. İsrail təyyarəsi Suriya ərazisinə daxil olarsa atəşlə qarşılaşar. Həmçinin, tanınmayan bir təyyarə də eyni şəkildə. Bizim üçün Türkiyədən gələn təyyarə tanınmayan bir təyyarə idi. Biz türk təyyarəsini vurmaq niyyətində olmamışıq. Türkiyə ilə Suriya arasında bir problem olmasını istəmirik."

В этом разделе