Son 60 ildə ABŞ Orta Şərqdə ilk dəfə olaraq məğlub duruma düşüb

İsrailin baş qərargah rəisi Qavi Aşkenazi

Təqaüdə çıxmazdan əvvəl İsrail ordusunun baş qərargah rəisi Qavi Aşkenazi son dəfə ABŞ-a rəsmi səfər edib.

FaktXeber.com-un məlumatına görə, Səfər zamanı junalistlərə müsahibə verən Aşkenazi, son 60 ildə ABŞ-ın orta şərqdə ilk dəfə olaraq məğlub duruma düşdüyünü etiraf edib. Aşkenazi həmçinin Orta Şərqin ən güclü dövlətlərinin İran və Türkiyə olduğunu bildirib.

ABŞ ordusunun baş qərargah rəisi Admiral Mişel Mullen ilə görüşən Aşkenazi, Türkiyə və İranın regionda əsas qüvvəyə çevrilməsini müzakirə edib. Suriya və Livana qarşı yürüdülən işğalçı müharibənin tərəfdarı olduğunu bildirən Aşkenazi, Hizbullah təşkilatının lideri Seyyid Həsən Nasrallahın Livanda iqtidarı ələ keçirəcəyini söyləyib.

В этом разделе