"Həbsxanalarda 11 min əsir saxlanılır, onların fiziki və mənəvi halı çox pis vəziyyətdədir"
313news.net-in "Rasthaber"ə istinadlı xəbərinə görə bunları Fələstinli əsir Ramiz əl-Hələbi deyib. O həmçinin zindan dəhlizlərində acınacaqlı həyat keçirən fələstinlilərin xilası üçün hərəkətə keçməyi istəyib.
O həmçinin deyib: "Hal-hazırda nə hiss etdiklərimi ifadə edə bilmirəm. Bir tərəfdən sevinərkən, digər tərəfdən orada hələ də iztirab çəkən qardaşlarım üçün kədərlənirəm. Onlar hər gün ölümə bir az da yaxınlaşırlar. Qadın əsirlər cinsi təcavüzə məruz qalırlar..."