Sionist yetimləri: kimdir günahkar?

Sionist həyasızlıqlarının ardı-arası kəsilmir ki, kəsilmir.

İslam-Azeri.az İnternet qəzetinin newsru.co.il saytına istinadən verdyi xəbərə görə, bu dəfə də İsrail mətbuatı "oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı" prinsipini əsas götürüb.

Belə ki, qeyd edilən sionist saytı ikinci intifada başlanandan sonra işğalçı rejim tərəfindən zəbt edilən ərazilərdə yaşayan 45 yəhudi uşağın yetim qaldığını vurğulayır. Fələstinlilərin "vəhşi müqavimətindən" söz açan sionistlər, sonra da humanizmdən ağızdolusu danışırlar.

Əlbəttə ki, milliyyətindən və dinindən asılı olmayaraq, nəinki 45, hətta bir uşağın yetim qalması acınacaqlı faktdır. Amma yəhudilərin işğal edilmiş torpaqlarda nə işləri var ki, hələ övladları yetim də qalırlar? Yaxud nə üçün sionist mətbuatı Qəzzadakı minlərlə yetim uşaqlardan söz açmır? Nə üçün İsrailin Qəzzaya 2008-ci ilin dekabrında başlatdığı və qadağan edilmiş silahlardan istifadə etdiyi işğalçı müharibəsində neçə-neçə körpəni qətlə yetirməsindən danışmır?

Burda sionistlərə bir xatırlatma yerinə düşərdi: "Nə tökərsən aşına, o də çıxar qaşığına".

В этом разделе