Fələstin hökumətinin rəhbəri İsmayıl Haniyə İsrailin ünvanına sərt bəyanatla çıxış edib
HƏMAS qruplaşmasının lideri anti-İsrail ruhunda çərt çıxış edib. Belə ki, Fələstin hökumətinin Qəzza zolağındakı baş naziri İsmayıl Haniyə "Fələstində sionist layihəsinin uğursuzluğa düçar olacağına ümid etdiyini" bəyan edib. Haniyə bu cür bəyanatla Qəzzada şəhər məscidinin önünə toplaşmış 10 min adam qarşısında çıxış edib-ANS PRESS "Accociated press" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, fələstinlilər mayın 15-ni "Ən-Naqba", yəni "fəlakət günü" adlandırırlar və bu günü matəm edirlər. Bu, 1948-ci il mayın 14-də İsrailin müstəqil dövlət elan edilməsi ilə bağlıdır.
Analitiklər İsmayıl Haniyənin sərt çıxışını Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın narazılığına səbəb olacağını hesab edirlər. Belə ki, bu yaxınlarda İordan çayının Qərb sahilində və Qəzza zolağında yaşayan fələstinlilər 4 il davam edən ayrılıqdan sonra barışıq elan ediblər. Qərbin dəstəklədiyi Mahmud Abbas isə Qəzza zolağındakı radikal fələstinlilərin dünya ictiamiyyəti tərəfindən legitim siyasi müttəfiqlər kimi qəbul edilməsinə çalışır.
Bu ərəfədə İordan çayının Qərb sahilindən fələstinlilərin köçünün qarşısını almaq üçün İsrailin təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimə keçib, hərbi hissələr sərhəd məntəqələrini bağlayıb.