Sionist haham: "Fələstində yaşamaq haqqını bizə Tanrı verir"

Fələstinə azadlıq

Bu yaxınlarda xəbər verdiyimiz kimi ABŞ-ın xarici işlər naziri Hillari Klinton prezident Barak Obamanın İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə son görüşməsindən danışmışdı.


O qeyd etmişdi ki, prezident Obama görüş zamanı İsrail rejimindən "Təbii böyümə" adlandırdıqları siyasətə son qoymağı istəyib. Belə ki, İsrail rejimi 1967-ci ildən bu günə kimi apardığı "Təbii böyümə" siyasəti nəticəsində Qərbi Şəriyyədə 100-ə yaxın kənd salıb və burada təxminən yarım milyon sionist yerləşdirib.

Ekspertlər isə Amerika hakimiyyətinin ilk dəfə olaraq İsrail rejiminə belə münasibət göstərməsini diqqət çəkiblər.
Öz növbəsində İsrail rejiminin hahamları da ABŞ-ın bu istəyinə cavab veriblər.

"Dünya Bülteni" saytının verdiyi məlumata görə hahamlar ABŞ-ın İsrail rejimindən tikililəri durdurmasını istəməsini düzgün hesab etmirlər. Hətta ərəblərin Fələstindən köçmələrini tələb ediblər. Haham Şavir deyir ki, "Bu torpaqlar bizim torpaqlardır. Burada yaşamaq haqqını bizə Tanrı verir. Fələstində yaşamağı bizə Tanrı əmr edir. Ərəblər özlərinə ev tapmaq üçün başqa yerə getsinlər".

В этом разделе