![](/up/news/article/israil/thumb_shimon_perez.jpg)
“Təbii ki, ABŞ-ın köməyi olmadan İsrail İrana hücum edə bilməz”
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail prezidenti Şimon Peres deyib.
Onun sözlərinə görə, İsrailin təkbaşına bu işin öhdəsindən gələ bilməyəcəyi bəllidir: “Təbii ki, belə bir qərar almağımız da mümkündür. Lakin yenə də ABŞ-la məsləhətləşəcəyik. Mən şəxsən ABŞ prezidenti Barak Obamanın İranın nüvə silahlı əldə etməsinə mane olmaqla əlaqədar məsuliyyətinə sadiq olduğuna inanıram”.