Şimon Peres: "Fələstinlilərdən heç vaxt üzr istəməyəcəyik"

BMT-nin baş katib Pan Gi Mun sionist rejiminin başçısı Şimon Pereslə görüşüb. Görüş sonrası jurnalistlərə açıqlama verən sionist lideri BMT-nin çıxardığı hesabatla razılaşmadığını deyib, - "CNN" xəbər verir.

Jurnalistlərlə söhbətində Peres Qəzzaya hücumları zamanı hansısa “xırda səhvə yol verə biləcəklərini” bildirsə də, bunun üçün fələstinlilərdən heç vaxt üzr istəməyəcəklərini qeyd edib.

BMT-nin təmsilcisinin israil rejimi əsgərləri tərəfindən öldürülməsi fikrini isə doğru saymır.

Xatırladaq ki, BMT-in insan haqları üzrə xüsusi nümayəndəsi Ricard Fork Qəzza şəhərinə hücum etməklə İsrail rejiminin insan haqlarını pozması haqqında hesabat yaymışdı. ("Dəyərlər" AİN)


В этом разделе