Şimali İraq nefti dünya bazarına çıxarılıb

Neftin ixracına bu gün səhər saatlarından Kərkük-Ceyhan-Yumurtalıq xətti vasitəsi ilə başlanılıb
Şimali İraqdakı yerli kürd idarəçiliyi dünya bazarına neft ixracına başlayıb. Xam neftin ixracına Kərkük-Ceyhan-Yumurtalıq xətti vasitəsi ilə bu gün səhər saat 09:00-dan  başlanılıb.
Türkiyənin "Cihan" informasiya agentliyinin məlumatına görə, türk enerji şirkətlərinin ortaq olduğu, mərkəzi Norveçdə olan "DNO İnternational" tərəfindən çıxarılan neftin ixracına başlanması ilə əlaqədar Ərbil şəhərində tədbir keçirilib. Mərasimə İraq prezidenti Cəlal Təlabani, Şimali İraq yerli kürd idarəçiliyinin rəhbəri Nərçivan Bərzani ilə yanaşı Türkiyə və Avropadan bir sıra qonaqlar qatılıblar. /ANS PRESS/

В этом разделе